“Ukrtatnafta” boru xətti ilə Azərbaycan neftinin ilk partiyasını qəbul edib

“Ukrtatnafta” boru xətti ilə Azərbaycan neftinin ilk partiyasını qəbul edib
16:02 10 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ “Ukrtatnafta” ASC (Kremençuq Neft Emalı Zavodunun operatoru) bu gün “Ukrtransnafta” şirkətinin boru kəməri sistemindən Azərbaycan neftinin ilk partiyasını qəbul edib.
“Report” “Oilnews”a istinadən xəbər verir ki, bu barədə “Ukrtatnafta”nın nümayəndəsi Kremençuq NEZ-də təşkil olunan press-tur zamanı bildirib.
Şirkətdən qeyd olunub ki, bu neftin nəqli “Euro-5” standartlarına uyğun benzin və dizel yanacağının istehsalının artmasına imkan verəcək, eyni zamanda “Ukrtransnafta” ilə əməkdaşlığın inkişafına töhfə verəcək.
Qeyd edək ki, "Ukrtransnafta" və "Ukrtatnafta" 2016-cı il noyabr ayının 3-də ildə 1,3 mln. ton Azərbaycan neftinin Kremençuq Neft Emalı Zavoduna nəqli barədə anlaşma imzalayıb. Sənəd Odessa-Kremençuq neft kəməri hissəsinin fəaliyyətinin təxminən 5 il müddətində bərpasını nəzərdə tutur. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/ukrtatnafta-boru-xetti-ile-azerbaycan-neftinin-ilk-partiyasini-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR