1 ay sonra toyu olacaqdı, evə meyitini gətirdilər - 20 YAŞLI ROZANIN NAKAM HƏYATI

1 ay sonra toyu olacaqdı, evə meyitini gətirdilər - 20 YAŞLI ROZANIN NAKAM HƏYATI
16:04 10 Mart 2017
292 Digər
Ölkə mətbuatı
A- A+

 

Dünən Bakı-Sumqayıt yolunda baş vermiş məşum qəza 5 evə od saldı. Ölənlər arasında hələ həyatda olan nənəsinin adını daşıyan 20 yaşlı Roza Muradova da var. Bakının Nərimanov rayonunda yaşayan Roza üçün baba yurdu Hövsanda yas çadırı qurulub. Əslən Qərbi Azərbaycandan olan Roza dünən Hövsan məzarlığında dəfn edilib.

 

Lent.az-ın əməkdaşı Hövsanda olub. Biz ora çatanda isə Rozanın hər iki babası məzarlıqdan qayıdırdı. Roza Muradovanın yaxınları bildirib ki, nişanlı olan qızın aprelin 26-na toyu təyin olunub. Hər iki ailə artıq toy hazırlığına da başlayıbmış.

 

Bu gün Sumqayıt Dövlət Universitetinin rəhbərliyi, tələbə yoldaşları da Roza Muradova ilə vidalaşmaq üçün Hövsanda olub. Onlar məzarlığa gediblər və bu zaman tələbələrdən bir neçəsinin halı pisləşib.

 

Dünən səhərdən ailə üzvləri ağır sarsıntı içindədir. Rozanın nəşi ailəsinə təhvil verilərkən ata-anası əsəb sarsıntısı keçirib, onları çətinliklə sakitləşdirə biliblər. Onlar Rozanın nəşini əvvəlcə Təbriz küçəsindəki evə, sonra isə Hövsandakı baba evinə gətirərək vidalaşıblar.

 

O da məlum oldu ki, qəzada həyatını itirən tələbələrdən İbrahim Quliyev də Hövsanda yaşayırmış. O, burada əmisinin evində qalırmış və hər gün Hövsandan Sumqayıta dərsə gedib-gəlirmiş.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269518

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR