Səfir: “Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır”

Səfir: “Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır”
16:12 10 Mart 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Qusar. 10 mart. REPORT.AZ/ "Ötən ilin iyun ayında Almaniyanın keçmiş xarici işlər naziri Frank-Valter Ştaynmayer Azərbaycana səfər edib və bəyan edib ki, aprel ayındakı hadisələr göstərib ki, status-kvo vəziyyəti dəyişilməlidir. Almaniyanın mövqeyi ondan ibarətdir ki, bu münaqişə ilə bağlı ciddi danışıqlar aparılmalıdır".
Bunu "Report"un Şimal bürosuna açıqlamasında Qusar rayonunda səfərdə olan Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab deyib.
"Biz bunun üçün səylər göstəririk. Çox təəssüf ki, yenidən təmas xəttində baş verən hadisə zamanı yenə itkilər olub, cavan əsgərlər həlak olublar. Bu, böyük faciədir, çünki ailələr oğullarını itirir", - deyə, M.Kindsqrab əlavə edib.
Səfir vurğulayıb ki, Almaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb: "Münaqişə sülh yolu ilə, Madrid prinsipləri əsasında həll olunmalıdır".

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/sefir-almaniya-azerbaycanin-erazi-butovluyunu-taniyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR