"Ermənistana Saakaşvili kimi prezident lazımdır" - Ohanyan

"Ermənistana Saakaşvili kimi prezident lazımdır" - Ohanyan
16:12 10 Mart 2017
131 Dünya
Ölkə mətbuatı
A- A+

"Gürcüstanda Mixail Saakaşvilinin etdiyi radikal dəyişiklikləri Ermənistanda da etmək lazımdır".

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Ermənistanda parlament seçkilərinin təşviqat-təbliğat kampaniyası çərçivəsində vətəndaşlarla görüşündə "Оhаnyan-Raffi-Oskanyan" blokundan deputatlığa namizəd, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib. 

"Gürcüstanda korrupsiyaya çox qurşanmış, kriminal insanlar, zəif idarəçiliyi olan şəxslər var idi. Saakaşvili bütün bu halların qarşısını kəsdi, öz islahatları nəticəsində korrupsiya tamamilə yoxa çıxdı, ölkə xarici sərmayə ilə doldu. Biz Gürcüstandan çox geridə qalmışıq. Ermənistanda kəskin və sərt islahatlar olmalıdır"- Ohanyan deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/524963.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR