Azərbaycan fevralda 2 ton qızıl satıb

Azərbaycan fevralda 2 ton qızıl satıb
16:22 10 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ Bu il martın 1-nə Azərbaycanın qızıl ehtiyatları 20 ton təşkil edib. “Report” Ümumdünya Qızıl Şurasına (WGC) istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə ehtiyatların 9,09% azalması deməkdir.
Qızılın ümumi valyuta ehtiyatlarındakı payı isə 0,7 faiz bəndi azalıb. Hazırda Azərbaycanın qızıl ehtiyatları onun ümumi beynəlxalq ehtiyatlarının 11,8%-ni təşkil edir və bu göstəriciyə görə ölkə dünya miqyasında 62-ci yerdə qərarlaşıb.
Xatırladaq ki, bir qədər əvvəl Beynəlxalq Valyuta Fondu (IMF) bəyan edib ki, Azərbaycan ötən ilin oktyabrında 4,2 ton qızıl satıb. Bu, ölkənin ümumi valyuta ehtiyatlarının 14,39%-i qədər olub.
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hesabatına əsasən, sentyabrda Azərbaycanın qızıl ehtiyatlarının həcmi 30,17 ton olub. IMF isə bu rəqəmin 29,182 ton olduğunu bəyan edib.
Qızıl ehtiyatlarının həcminə görə, dünyada ilk üçlükdə ABŞ, Almaniya və IMF qərarlaşıb. ABŞ-ın 8 133,5 ton, Almaniyanın isə 3 377,9 ton qızıl ehtiyatı var. Ötən aya nisbətən bu ölkələrin qızıl ehtiyatlarının həcmində dəyişiklik olmasa da, onların ümumi ehtiyatlarına nisbətən artım var. Belə ki, bu ölkələrin qızıl ehtiyatı müvafiq olaraq onların ümumi ehtiyatlarının 74,6% və 68,8%-ni təşkil edib. Sonuncu yerdə isə Monqolustan qərarlaşıb ki, onun da cəmi 1,5 ton qızıl ehtiyatı (ümumi ehtiyatın 5,1%-i) var.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-fevralda-2-ton-qizil-satib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR