Azərbaycanda nə qədər böyrək xəstəsi var?

Azərbaycanda nə qədər böyrək xəstəsi var?
16:43 10 Mart 2017
Ölkə mətbuatı
A- A+

Hazırda Azərbaycanda 38 hemodializ mərkəzində 590 hemodializ aparatı 3111 xəstəyə xidmət edir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bunlardan 1273 nəfər Bakı şəhərində, 1838 nəfər regionlarda tam dövlət hesablı hemodializlə təmin olunublar.

Məlumatda bildirilib ki, Nazirlər Kabinetinin 2016-2020-ci illər üçün “Xroniki Böyrək Çatışmazlığı” Dövlət Proqramına uyğun olaraq 2016-cı ildə Ağsu, Göygöl, Biləsuvar və Qusar rayonlarında hemodializ şöbələri istifadəyə verilib.

“2017-ci il regionlardan Zərdab və Masallı da yeni hemodializ mərkəzi açılacaq. Bakı və Sumqayıtdan olan hemodializ xəstələrinin sayının artmasını nəzərə alaraq bu il 3 saylı şəhər xəstəxanasına əlavə on aparat, 26 saylı birləşmiş şəhər xəstəxanasında yeni 20 aparatlıq hemodializ şöbəsi və Sumqayıt şəhərində iyirmi aparatlıq ikinici hemodializ şöbəsinin istifadəyə verilməsi nəzərdə tutulur.

Azərbaycanda pulsuz hemodializlə müalicə üçün növbədə demək olar ki, xəstə yoxdur. Xəstələr 71 adda dərman və tibbi ləvazimatlarla Səhiyyə Nazirliyi tərəfindən tam təmin olunurlar. Hazırda “Xroniki Böyrək Çatışmazlığı” proqramı üzrə 679 nəfər böyrək köçürülmüş xəstə var. Onlar 13 adda dərman preparatları ilə dövlət hesabına tam təmin olunur”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/190846.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR