GÜNÜN SUALI: "Facebook"-da şəxsiyyət vəsiqəsi ilə şərh yazmaq mümkündürmü?

Bu gün millət vəkili Siyavuş Novruzovun sosial şəbəkələrdə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatın tələb edilməsinin zəruri olması haqda verdiyi açıqlama ölkə gündəmini zəbt edib.

Bəs, həqiqətən sosial şəbəkələrdə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmək olarmı? Bu haqda "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Metbuat.az-a maraqlı açıqlama verib. Onun sözlərinə görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da təhlükəsizliklə bağlı problemlər var. Və bunun aradan qaldırılması, qarşısının alıması ilə bağlı da yetərincə tədbirlər görülür, qanunvercilk aktları qəbul edilib və elə bu gün də edilməkdədir:

"Düşünürəm ki, təhlükəsizliklə əlaqəli qurumların peşəkarlığını artırmaq, maarifçiklik işləri aparmaq, sosial medianın faydalı tərəflərini inkişaf etdirmək, "Facebook", "Google" və s. bu kimi global resurslarla əməkdaşlıq etmək, onları ölkəmizə dəvət etmək, onlarla informasiya münasibətlərini qaydaya salmaq daha doğru yanaşma olardı. Təhlükəsizlik məqsədilə özünün milli sosial şəbəkəsinin yaradılmasına üstünlük verən ölkələr, hətta internet resurs hazırlamaqla bağlı polisdə qeydiyyatdan keçməyi tələb edən ölkələr olub."

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR