Robotların çalışdığı fahişəxana açıldı - FOTO

Robotların çalışdığı fahişəxana açıldı - FOTO
16:57 10 Mart 2017
261 Dünya
Ölkə mətbuatı
A- A+

İnanmaq çətin olsa da, amma Barselonada robot qızların olduğu bir fahişəxana açılıb. 1000 avro ödəniş edənləri içəri qəbul edənlərin qeydiyyatı internet vasitəsi ilə aparılır.

Hər bir modelin xarakterinə dair məlumatları sözügedən internet portalından tapmaq mümkündür. Modellərin bədən ölçüləri və qabiliyyətləri də saytda detalları ilə izah edilir.

İlk cinsi əlaqə robotlarını bir neçə ay sonra "bazara" təqdim etməyə hazırlanan "RealDoll" şirkəti məhsullar haqqında yeni detalları açıqlayıb.

Milli.Az xəbər verir ki, şirkət səlahiyyətlilərindən Matt MkMullenin "Daily star"a verdiyi açıqlamada cinsi əlaqə oyuncaqlarının şəxsiyyəti müəyyən etməyə icazə verən xüsusiyyətlərə sahib olacaqlarını qeyd edib.

Bu xüsusiyyətlərə "ağıllı", "sadəlövh", "odlu-alovlu" və "təvazökar" kimi variantlar daxildir.

Satışlara bu ilin aprel ayında başlamağı planlaşdırdıqlarını bildirən MkMullen bir robotun qiymətinin təxminən 12 min avro olacağını da sözlərinə əlavə edib.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində












Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/524926.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR