Azərbaycan Gürcüstanın ən iri xarici investorudur

Azərbaycan Gürcüstanın ən iri xarici investorudur
17:05 10 Mart 2017
Ölkə mətbuatı
A- A+

Ötən il Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa investisiyaların həcmi 1,645 mlrd. dollar təşkil edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ötən il qonşu ölkənin iqtisadiyyatına cəlb olunan birbaşa investisiyaların həcmi 2015-ci illə müqayisədə 22% çoxdur.

Bu məbləğin 32%-i və ya 1,119 mlrd. dolları təkrar investisiyaların payına düşüb.
 
Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa investisiyaların 35%-i və ya 1,069 mlrd. dolları Azərbaycanın payına düşür. İkinci və üçüncü yerləri müvafiq olaraq 17% və 7%-lə Türkiyə və Böyük Britaniya tutur.
 
Birbaşa investisiyaların daha çox yatırıldığı sektorlara gəlincə, hesabat dövründə nəqliyyat və rabitə sektoruna 645 mln. dollar cəlb olunub ki, bu da birbaşa xarici investisiyaların 39%-ə bərabərdir. İkinci yerdə 203 mln. dollarlıq göstərici ilə energetika sahəsi qərarlaşıb. Təxminən 163 mln. dollarlıq birbaşa investisiyanın cəlb olunduğu tikinti sektoru üçüncü yerdədir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/524969.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR