Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 2% artıb

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 2% artıb
17:12 10 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşlarının həcmi 2017-cı il fevralın 1-nə 16 250,8 mln. manat təşkil edib.
"Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, iqtisadiyyata kredit qoyuluşlarının həcmi yanvar ayının 1-nə olan göstərici ilə müqayisədə 279,6 mln. manat və ya 1,75% artıb. Keçən ilin analoji dövrü ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşlarının həcmi 4 353,1 mln. manat və ya 21,13% azalıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-iqtisadiyyatina-kredit-qoyuluslari-2-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR