Həcc ziyarətinə Azərbaycandan ilk qrupun gedəcəyi VAXT AÇIQLANDI

Həcc ziyarətinə Azərbaycandan ilk qrupun gedəcəyi VAXT AÇIQLANDI
17:12 10 Mart 2017
233 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda Həcc ziyarətinə getmək üçün indiyədək 250 nəfər sənəd verib.

Milli.Az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev report-a bildirib ki, sənədlərin qəbulu may ayının ortalarına kimi davam edəcək.

O deyib ki, ziyarətə getmək qərarını dəqiqləşdirən insanlara sənədlərini vaxtında təqdim etmələri tövsiyə olunur: "Bu il Həcc ziyarəti üçün ayrılan yerlər məhduddur. Ziyarətə getmək istəyənlər zamanında sənədlərini təqdim etməlidirlər".

H.Babayev onu da bildirib ki, təlabatın artacağı təqdirdə kvotanın artırılması nəzərdə tutulmayıb. O qeyd edib ki, bu il Həcc ziyarətinə ilk qrup avqustun 21-23 aralığında yola düşəcək.

Qeyd edək ki, bu il Həcc ziyarətinə sənəd qəbulu yanvarın 26-da elan olunub.
Həcc ziyarəti üçün 600 nəfərlik kvota ayrılıb.

Ziyarət üçün vahid qiymət - 3850 dollar müəyyənləşdirilib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/524988.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR