Rusiyada azərbaycanlı ömürlük həbs cəzasına məhkum edilib

Rusiyada azərbaycanlı ömürlük həbs cəzasına məhkum edilib
17:22 10 Mart 2017
278 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ Rusiyanın Vladimir şəhərində azərbaycanlı Azad Məmmədovun başçılıq etdiyi dəstənin üzvlərinə hökm oxunub.
"Report" Vladimir vilayəti üzrə Rusiya İstintaq Komitəsinə istinadən xəbər verir ki, dəstə 2009-cu ildən 2013-cü ilə qədər 25 cinayət, o cümlədən 5 dəfə ölüm hadisəsi törədib. Onların bu qanunsuz əməllərdən qazancı 40 milyon rubl (təxminən 1,1 milyon manat) təşkil edib.
Azad Məmmədov və dəstənin digər fəal üzvü Cəfər Mirzəyev cəzasını xüsusi rejimli koloniyada çəkməklə ömürlük həbs cəzasına məhkum ediliblər.
Digər dəstə üzvləri - Səidmahmud Abrorov, Həmid Cahangirov, Yelena Yakimova, İrina Kritskya, İbrahim Məmmədov, Mariya Razumova 4 il 6 aydan 17 ilədək müxtəlif müddətə həbs cəzalarına məhkum olunublar.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/rusiyada-azerbaycanli-omurluk-hebs-cezasina-mehkum-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR