Almaniyada “soyuq silah”la daha bir hücum olub, iki qadın yaralanıb

Almaniyada “soyuq silah”la daha bir hücum olub, iki qadın yaralanıb
17:27 10 Mart 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ Almaniyanın Düsseldorf şəhərində naməlum şəxsin bıçaqla dəmir yol vağzalında yoldan keçənlərə hücumu nəticəsində iki qadın yaralanıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, xəsarət alanlar İtaliya vətəndaşlarıdır.
Məlumata görə, hadisə martın 10-da baş verib və hücum edən şəxs gizlənib.
Qeyd edək ki, bu, son iki gündə Düsseldorfda baş verən eyni mənşəli ikinci hadisədir. Martın 9-da əli baltalı bir nəfər dəmir yol vağzalında insanların üzərinə hücum çəkərək 9 nəfəri yaralayıb. Basqınçı saxlanılıb. Onun psixi cəhətdən anormal olduğu haqqında xəbər yayılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/almaniyada-soyuq-silah-la-daha-bir-hucum-olub-iki-qadin-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR