Azərbaycanda depozit və kreditlər üzrə dollarlaşma dərəcəsi artıb

Azərbaycanda depozit və kreditlər üzrə dollarlaşma dərəcəsi artıb
17:47 10 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart . REPORT.AZ/ Azərbaycanda əhalinin bank əmanətləri üzrə dollarlaşma dərəcəsi 2017-ci il fevralın 1-nə 81,25% təşkil edib. Yanvarın 1-nə bu göstərici 79,63% olub, keçən ilin analoji dövründə isə 83,55% təşkil edib.
Cəmi depozit bazasında dollarlaşma dərəcəsi fevralın 1-nə 77,76% olub. Keçən ay bu göstərici 75,28%, 2016-cı ilin analoji dövründə isə 82,21% təşkil edib.
Kreditlərin strukturunda isə 2017-ci il fevralın 1-nə dollarlaşma dərəcəsi 49,67%, yanvarın 1-nə 47,32%, ötən il fevralın 1-nə 51,94%-ə bərabər olub.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-depozit-ve-kreditler-uzre-dollarlasma-derecesi-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR