Azərbaycan İpoteka Fondunun daha 100 mln. manatlıq istiqraz emissiyası qeydiyyata alınıb

Azərbaycan İpoteka Fondunun daha 100 mln. manatlıq istiqraz emissiyası qeydiyyata alınıb
18:17 10 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan İpoteka Fondu” ASC-nin hər birinin nominal dəyəri 1 000 manat olan 100 000 ədəd sənədsiz faizli ipoteka istiqrazlarının baza emissiya prospekti təsdiq edilib. Emissiyanın ümumi həcmi 100 mln. manat təşkil edir.
"Report" bu barədə Palataya istinadən xəbər verir.
Qeyd edək ki, bu gün Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilmiş ipoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Hərraca çıxarılan istiqrazların nominal qiymətlə həcmi 20 mln. manat təşkil edib. İstiqrazlar üzrə toplanmış tələbin həcmi nominal qiymələ 20 mln. manat təşkil etdib. Hərraca çıxarılmış istiqrazlar tam həcmdə yerləşdirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-i-poteka-fondunun-daha-100-mln-manatliq-istiqraz-emissiyasi-qeydiyyata-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR