"20 Yanvar" dairəsində sürücülərə qarşı reydlər başladı

Ötən gün Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzadan sonra “20 Yanvar” dairəsindən Sumqayıta gedən mikroavtobuslarla bağlı reyd aparılır.

Reyd zamanı sürücülərin sənədləri yoxlanılıb, mikroavtobusların içindəki sərnişin sayı qeyd olunub.

Avtobusun tutumundan daha çox sərnişin daşıyan sürücülər cəzalandırılıb və vətəndaşlar mikroavtobuslardan aşağı endirilib.

Xatırladaq ki, ötən gün baş verən qəzada 5 nəfər ölüb, 22 nəfər yaralanmışdı. //Qafqazinfo.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR