Evlilik verilişinin iştirakçısından müğənniyə sərt sözlər...

Türkiyənin televiziyalarının birində yayımalan evlilik verilişinin iştirakçısı Hanife Gürdal müğənni Nihat Doğanı sərt tənqid edib.

Metbuat.az xəbər verir ki, Nihatın, "hicabıların evlilik verlişində nə işi var?!" deməsi iştirakçını özündən çıxarıb. Hanife müğənniyə, "namussuzlar namus dərsi verir" deyə sərt reaksiya verib:

“Kimdə nə yoxdursa, ondan danışır. Görünür namussuzların namusdan danışması, adam olmayanların insanlıqdan danışması dəb halını alıb. Sən özünü müsəlman adlandırırsan, bəs bilmirsən ki, bir müsəlman qızının qeyrətinə toxunmaq böyük günahdır?!”

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR