"Barselona"nın 6-cı qolu zəlzələ yaratdı - FOTO

"Barselona"nın 6-cı qolu zəlzələ yaratdı -   FOTO
18:47 10 Mart 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın Çempionlar Liqasında PSJ-ni möcüzəvi şəkildə 6:1 hesabı ilə yenərək mərhələ adladığı oyun kiçik zəlzələ effekti yaradıb. Fanat.Az xəbər verir ki, bu barədə ispan zəlzələ mütəxəssisi Jordi Diaz açıqlama verib.


Mütəxəssis bildirib ki, "Nou Kamp"dakı matçın son saniyələrində vurulan 6-cı qoldan sonrakı sevinc kiçik zəlzələyə səbəb olub. Onun sözlərinə görə, stadiondan təxminən 500 metr aralıdakı zəlzələ mərkəzindəki sismometrələr 2 və 3-cü qoldan sonra normaldan artıq yuxarı qalxıb. PSJ-nin qolundan sonra "Barselona"nın vurduğu 4 və 5-ci qollar daha yumşaq sevincə səbəb olub.


Son saniyədə Serj Robertonun vurduğu qoldan sonra isə bu günə qədərki ən güclü titrəyişin qeydə alınması ilə nəticələndiyini bildirən Diazın sözlərinə görə, bu cür tədbirlər zamanı daha öncə bu səviyyədə titrəşim olmayıb.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbarselonaquotnn-6-c-qolu-zlzl-yaratd-t56834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR