Azərbaycanın xarici dövlət borcu 7 mlrd. dollara çatıb

Azərbaycanın xarici dövlət borcu 7 mlrd. dollara çatıb
18:57 10 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ Bu il yanvarın 1-i tarixinə Azərbaycanın xarici dövlət borcu 6 913,2 milyon ABŞ dolları (12 241,3 milyon manat) təşkil edib. 
"Report"un Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 20,4% təşkil edib. 
Məlumatda deyilir ki, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.
Xarici dövlət borcu əsasən beynəlxalq maliyyə insitutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanin-xarici-dovlet-borcu-7-mlrd-dollara-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR