Milli Məclisin deputatı Asiya Parlament Assambleyasının komitə iclasında iştirak edəcək

Milli Məclisin deputatı Asiya Parlament Assambleyasının komitə iclasında iştirak edəcək
19:07 10 Mart 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ Milli Məclisin deputatı İlham Məmmədov Asiya Parlament Assambleyasının Siyasi işlər üzrə daimi komitəsinin və Asiya Parlamentinin yaradılması üzrə xüsusi komitənin iclaslarında iştirak etmək üçün martın 12-də Pakistan İslam Respublikasının paytaxtı İslamabada səfər edəcək.
Bu barədə "Report"a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iclaslarda qurumun baş katibinin hesabatı təqdim olunacaq, qüvvədə olan bir sıra qətnamələrə düzəlişlər ediləcək, yeni qətnamə layihələrinin müzakirəsi aparılacaq.
Deputat yığıncaqlarda müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq, rəy və təkliflərini verəcək.
Səfər martın 16-da başa çatacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/milli-meclisin-deputati-asiya-parlament-assambleyasinin-komite-iclasinda-istirak-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR