Bakı-Sumqayıt magistralında qəza - Yol bağlandı - FOTO

Bakı-Sumqayıt magistralında qəza - Yol bağlandı - FOTO
19:12 10 Mart 2017
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Sumqayıt-Quba yolunda avtomobil qəzası baş verib.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, qəza bu gün saat 18:20 radələrində baş verib.

Yolun 3-cü kilometrliyində Sumqayıtdan Bakı istiqamətində hərəkət edən "Mercedes ML" markalı 90 OA 998 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yolun kənarında dayanan 90 FA 731 dövlət nömrə nişanlı "VAZ2107" markalı avtomobillə toqquşub, daha sonra piyadanı vuraraq yoldan çıxıb və maneəyə çırpılıb. Piyada ağır xəsarətlərlə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Yol qəzası nəticəsində Bakı-Sumqayıt yolunun Bakıya tərəf hərəkət istiqaməti bağlanıb. Əraziyə yol polisi əməkdaşları cəlb edilib. Hazırda yol polisi avtomobillərin hərəkətini bərpa etməyə çalışır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində








Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/525021.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR