BBC-nin canlı yayımına uşaqlar damğa vurdu –

BBC-nin canlı yayımı zamanı maraqlı hadisə yaşanıb.

Metbuat.az-ın məlumatına görə, professor Robert Kelli Cənubi Koreya prezidentinin "impiçment"ini dəyərləndirmək üçün "BBC World News"un canlı yayımına bağlanıb. Müsahibə zamanı gözlənilməz qonaqlar peyda olublar.

Belə ki, əvvəlcə Kellinin böyük qızı otağa daxil olub. Aparıcının xəbərdarlığından sonra professor olanlardan xəbər tutub. Ancaq çox keçmədən Robet Kellinin ikinci uşağı da peyda olub.

Robert Kelli baş verənlərə görə üzr istəyib.

Sosial mediada izlənmə rekordları qıran həmin görüntüləri təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR