Avropa Liqasının simvolik heyəti açıqlanıb

Avropa Liqasının simvolik heyəti açıqlanıb
19:17 10 Mart 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra simvolik heyət açıqlanıb. 
"Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, rəmzi "11-liy"ə Türkiyənin "Beşiktaş" klubunun hücumçusu Vensan Abubakar da düşüb. 25 yaşlı kamerunlu futbolçu Yunanıstanın "Olimpiakos" komandası ilə səfər matçında İstanbul təmsilçisinin bərabərlik (1:1) qolunu vurduğu üçün siyahıda yer alıb.
Qapıçı: Yan Zommer (“Borussiya” Münhenqladbax)
Müdafiəçilər: Uqo Mallo (“Selta”), Uroş Spaiç (“Anderlext”), Lüdviq Auqustinsson (“Kopenhagen”)
Yarımmüdafiəçilər: Alexandro Posuelo, Ruslan Malinovski (hər ikisi “Genk”), Henrik Mxitaryan (“Mançester Yunayted”), Korenten Tolisso (“Lion”)
Hücumçular: Aleksandr Lyakazett (“Lion”), Vensan Abubakar (“Beşiktaş”), Mbvana Samatta (“Genk”)
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları martın 16-da keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avropa-liqasinin-simvolik-heyeti-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR