"Ərdoğan və Putin əsas diqqəti Suriya üzərində cəmləşdirəcək" - EKSPERT

"Ərdoğan və Putin əsas diqqəti Suriya üzərində cəmləşdirəcək" - EKSPERT
19:22 10 Mart 2017
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfərinin əsas məqsədi Suriya ilə bağlı danışıqlardır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Türkiyənin "Strategic Outlook" beynəlxalq tədqiqat mərkəzinin prezidenti Yusif Çınar deyib.

Onun sözlərinə görə, İŞİD-in mövqelərinin zəifləməsinə baxmayaraq Suriyadakı vəziyyət hələ də qeyri-müəyyən qalır: "Ərdoğan başa düşür ki, bu qeyri-müəyyənlik bəzi qüvvələr arasında toqquşmalara gətirib çıxara bilər. Ona görə o, digər qüvvələrlə Suriyanın gələcəyi barədə danışıqlar aparmaq istəyir. Bununla da o, regiondakı gərginliyi azaltmaq niyyətindədir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/525018.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR