Ərdoğan Putindən tələb etdi: “Buna son qoyun!”

Ərdoğan Putindən tələb etdi: “Buna son qoyun!”
19:53 10 Mart 2017
190 Dünya
Ölkə mətbuatı
A- A+

“PKK terror təşkilatının Suriya qolu olan PYD-nin Moskvadakı fəaliyyətinə son qoyulmasını gözləyirik”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada keçirilən Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının açılışında deyib.

“Terrorla mübarizədə birlikdə hərəkət etməyimiz böyük əhəmiyyət daşıyır. Suriyada İŞİD-ə qarşı sərgilədiyimiz davranış digər terror təşkilatlarına qarşı da nümayiş etdirilməlidir. Bu baxımdan PKK terror təşkilatının Suriya qolu olan PYD-nin Moskvadakı fəaliyyətinə son qoyulmasını xüsusilə gözləyirik”, - deyə Türkiyə prezidenti bildirib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR