"Barselona"nın 6-cı qolundan sonra zəlzələ baş verib

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Barselona" - PSJ matçı zamanı, ev sahibi komanda 6-cı qolu vurduqdan sonra seysmik fəallıq qeydə alınıb.

Jaume Almera adına geologiya institutu qarşılaşmanın keçirildiyi "Kamp Nou" stadionunun yaxınlığında yerləşir. Metbuat.az-ın məlumatına görə, sözügedən institutda məhz "Barselona"nın oyunları zamanı yer səthində baş verən tərpənişləri qeydə almaq məqsədilə seysmoqraflar quraşdırılıb.

İnstitutun əməkdaşı Jordi Diaz "Barselona"nın 2-ci və 3-cü qolları zamanı seysmik fəallığın artmağa başladığını bildirib. 6-cı qoldan sonra isə Rixter cədvəli üzrə 1 bal gücündə zəlzələ baş verib:

"Oyunun sonunda hər şey birdən-birə dəyişdi. 6-cı qol zamanı institumuz tərəfindən oyunlar zamanı qeydə alınmış ən böyük zəlzələ baş verdi".

Rixteri cədvəli üzrə 1 bal gücündə olan zəlzələlərə "minizəlzələlər" deyirlər.

Qeyd edək ki, son dəqiqələrdə vurduğu qolla 4 qolluq fərqi aradan qaldıran "Barselona" tarix yazaraq Çempionlar Liqasında mərhələ adlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR