Premyer Liqada XXII turun oyunları üçün bütün təyinatlar açıqlanıb

Premyer Liqada XXII turun oyunları üçün bütün təyinatlar açıqlanıb
20:12 10 Mart 2017
95 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında XXII turun oyunları üçün bütün təyinatlar açıqlanıb.
"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, "Neftçi" - "Qəbələ" görüşünü Elvin Əsgərov idarə edəcək. "Qarabağ"ın AZAL ilə ev oyunu isə Rəhim Həsənova həvalə olunub.
Azərbaycan Premyer Liqası
XXII tur
13 mart (bazar ertəsi)
15:00 “Kəpəz” – “Zirə”
Hakimlər: Fariz Yusifov, Vüqar Bayramov, Cəmil Quliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə şəhər stadionu
18:00 “İnter” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vüsal Qənbərov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
“İnter Arena”
14 mart (çərşənbə axşamı)
17:00 “Qarabağ” – AZAL
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Ramil Diniyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Xaqani Məmmədov
“Azersun Arena”
20:00 “Neftçi” – “Qəbələ”
Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Şaiq Həmidov
“Bakcell Arena”
Qeyd edək ki, bütün oyunlar "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/premyer-liqada-xxii-turun-oyunlari-ucun-butun-teyinatlar-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR