Qusarda 7 il əvvəl baş vermiş güllələnmə hadisəsinin üstü açılıb

Qusarda 7 il əvvəl baş vermiş güllələnmə hadisəsinin üstü açılıb
20:12 10 Mart 2017
143 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ Qusar rayonunda 2010-cu ildə baş vermiş güllələnmə hadisəsinin üstü açılıb.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Çiləgir kəndində Zabir Nazur oğlu Əlirzayevin evindən mis məmulatından olan əşya və qabların oğurlanması faktı 7 il əvvəl törədilmiş cinayətin açılmasına səbəb olub.
Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının araşdırması nəticəsində oğurluğu törədən və mis qabları metaləritmə sexinə satan şəxsin Çiləgir kəndinin 38 yaşlı sakini Zabit Hacıyev olduğu müəyyənləşib.
Z.Hacıyevin 2010-cu ildə qardaşı Bəhmən Hacıyevi ehtiyatsızlıqdan ov tüfəngi ilə yaraladığı da məlum olub. O, həmin hadisəni də, mis oğurluğunu da etiraf edib. 
Bundan başqa, əməliyyat-istintaq tədbirləri zamanı Zabit Hacıyevin daha bir oğurluq əməli üzə çıxıb. Belə ki, 2016-cı ildə Qusarın Urva kəndində Aqil Ələkbərova məxsus istirahət mərkəzindən müxtəlif məişət əşyaları və tikinti materialları oğurlayan şəxsin də Zabit Hacıyev olduğu müəyyənləşib. 
Hazırda əvvəlki illərdən qalma cinayətlərin də Zabit Hacıyev tərəfindən törədilməsi nəzərə alınaraq yeni oğurluğu da əlavə olunmaqla Qusar Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi açılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qusarda-7-il-evvel-bas-vermis-gullelenme-hadisesinin-ustu-acilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR