MİSTİKA, yoxsa TƏBİİ FƏLAKƏT: "Barselona"nın 6-cı qolu zamanı Kataloniyada zəlzələ olub

MİSTİKA, yoxsa TƏBİİ FƏLAKƏT: "Barselona"nın 6-cı qolu zamanı Kataloniyada zəlzələ olub
20:13 10 Mart 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının 1/8 final mərhələsində keçirilən "Barselona" - PSJ oyunu zamanı Kataloniya paytaxtında yeraltı təkan qeydə alınıb.

Publika.az Goal.az-a istinadən xəbər verir ki, bu barədə "Kamp Nou" yaxınlığında yerləşən Jaume Almer adına Geologiya insitutundan məlumat verilib.

Seysmoqraf "Barselona"nın 2 və 3-cü qolları zamanı yer qabığında yüngül dəyişmələr qeydə alıb. Katalonların vurduğu 6-cı qol zamanı isə Rixter şkalası ilə 1 bal gücündə zəlzələ baş verib.

Qeyd edək ki, bu gücdə olan yeraltı təkanlar insanlar tərəfindən hiss olunmur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/190874.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR