12 dini icmaya maliyyə yardımı ayırılıb - FOTO

12 dini icmaya maliyyə yardımı ayırılıb - FOTO
20:27 10 Mart 2017
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış 12 dini icma sədrinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.

Milli.Az bildirir ki, Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komitə sədrinin birinci müavini Səyyad Salahlı maliyyə yardımı ayrılmış layihələrin İslam həmrəyliyinə həsr olunduğunu bildirib.

Maliyyə yardımı ayrılan Şamaxı rayonu Məlikçobanlı kəndi "Cümə" məscidi dini icması "İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində", Salyan şəhəri "Mərkəzi Hacı Tağı" məscidi dini icması "İslam dinində tolerant və multikultural dəyərlər" Tovuz rayon məscidi dini icması "İslam həmrəyliyində məzhəblərarası dialoqun önəmi", Masallı rayonu Şərəfə kənd məscidi dini icması "İslam həmrəyliyi və vəhdət", İmişli şəhər məscidi dini icması "Milli-mənəvi dəyərlərimiz və müasirlik", Şəki rayonu Suçma kənd məscidi dini icması "İslam dinində mövhumata və xurafata yer yoxdur", Abşeron rayonu Digah qəsəbə məscidi dini icması "Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır", Lerik rayonu Lüləkəran kənd məscidi dini icması "İslam həmrəyliyinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyəti", Bakı şəhəri Pirallahı rayonu "Pirallahı" məscidi dini icması "İslam həmrəyliyinin Azərbaycan nümunəsi", Şabran rayonu Vələsli kənd məscidi dini icması "Azərbaycanda ənənəvi İslam: həmrəyliyə gedən yol", Zaqatala rayonu Muxax kənd məscidi dini icması "Keçmişdən günümüzə Azərbaycanda İslam həmrəyliyi ənənələri", Oğuz rayonu Bayan kənd məscidi dini icması "Dini radikalizm İslam həmrəyliyinə və birgəyaşayış ənənəsinə təhdiddir" layihələrini həyata keçirəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/525030.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR