Qadınlar saqqallı kişiləri daha çox bəyənirlər -

Avstraliyada yerləşən Kvinslend Universitetinin alimləri qadınlar arasında maraqlı sorğu keçiriblər.

Metbuat.az-ın məlumatına görə, araşdırmaçılar saqqalın qadınlar üzərindəki təsir gücünü ölçüblər.

8 min 520 qadın qərar verdi

İlk öncə təmiz təraşlı, azacıq çirkin saqqallı (5 günlük), çirkin saqqallı (10 günlük) və tam saqqallı (ən az 4 həftə təraş olmamış) üz formasında olmaqla, 36 müxtəlif kişinin fotoları çəkilib. Həmçinin onlardan 16-nın şəkilləri "Photoshop"da qadınvari və kişiyə xas görüntü formalarından istifadə edilməklə, dəyişdirilib.

Araşdırmaçılar 8 min 520 qadından fotoları nəzərdən keçirilmələrini, sonda kişilərin cazibədarlıqlarını qiymət vermələrini, o cümlədən onları qısamüddətli və uzunmüddətli münasibətlər kontekstində dəyərləndirmələrini istəyiblər.

"Photoshop" vasitəsilə kişiyə xas görüntü formaları əlavə edilmiş saqqallı kişilər qadınlar tərəfindən bəyənilməyib. Əksinə, orginal üz formasına sahib kişilər daha çox diqqət çəkiblər.

Saqqalın təsir gücünə gəlincə, araşdırmanın nəticələri tam saqqallı və təmiz təraşlılarla müqayisədə, qadınların azacıq çirkin saqqallı kişiləri daha cazibədar hesab etdiyini ortaya çıxarıb. Zərif cinsin nümayəndələri qısamüddətli münasibətlərdə məhz bu tip kişilərə üstünlük veriblər.

Uzunmüddətli münasibətlərdə (evlilik) isə nəticə tam saqqallı kişilərin xeyrinə olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR