Şəhidin bir gün öncə anasına yazdığı o məktub... "getmə dediyin oğlun"

Terrorçuların xain hücumundan sonar şəhid olmuş əsgərin anasına yazdığı məktub ürəkləri dağlayıb.

Hadisə Türkiyədə baş verib.

Metbuat.az xəbər verir ki, Şəhid Tunçun sosial media hesabında anası Hamiyet Tunç üçün yazdıqları və anasına olan həsrətini dilə gətirməsi görənləri duygulandırıb.

"Mən əsgər oldum anam, hanı axşam yeməyini bəyənməyən oğlun, bu gün nə tapsa, yeyər oldu.

Sabah yatağından olduğu kimi çıxan oğlun bu gün yatağını 5 dəqiqədə ülgüc kimi edər oldu.

Köynəyinin üstündəki ən kiçik xəttə belə əsəbləşən oğlun, bu gün tər iy verən “kamuflyajı” 3 dəqiqədə geyər oldu.

Ayaqqabı aldığında dır-dır edən oğlun, bu gün 5 kilo “botu” içində ayaqları şişər oldu.

Evdən çıxıb gedərkən “getmə” dediyin oğlun, bu gün evdə 1 dəqiqə ola bilmək üçün nələr verməz oldu.

Hanı bir şey et deyincə “of ana” - deyə cavab verən oğlun səsinin bir damlasına içdən-içə susar oldu.

Xəstə olduğunda başında sabahladığın oğlun, səhər yatağında “hadi oğlum, qalx, günorta oldu” dediyin oğlun, bu gün günəş daha doğulmadan şəfəq sökmədən qalxar oldu. Dedim ya 'ana!' Bax, oğlun əsgər oldu."


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR