DMX-nın yubileyi münasibətilə təşkil edilən müsabiqənin qalibləri mükafatlandırılıb

DMX-nın yubileyi münasibətilə təşkil edilən müsabiqənin qalibləri mükafatlandırılıb
20:52 10 Mart 2017
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 10-cu ildönümü münasibəti ilə 3 nominasiya - sənədli film, rəsm əsəri və məqalə üzrə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb.
Qurumdan "Report"a verilən məlumata görə, müsabiqə qaliblərini təbrik edən Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev Xidmətin yaranma tarixi, fəaliyyət istiqamətləri, 10 il ərzində əldə edilən uğur və nailiyyətlərdən bəhs edib. O bildirib ki, miqrantlar adətən iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələrə üz tuturlar:"Dövlət başçısı cənab İlham Əliyevin söylədiyi kimi “Azərbaycanın qapıları xoş məramla gələn hər bir əcnəbi üçün açıqdır. Əcnəbilər ölkəmizə gələ, yaşaya, işləyə və təhsil ala bilərlər. Lakin bütün bunlar qanun çərçivəsində tənzimlənməlidir”.
Qeyd olunub ki, ölkəmizdə miqrasiya üzrə daha təkmil bir sistemin reallaşdırılması üçün İlham Əliyevin 19 mart 2007-ci il tarixli 560 saylı fərmanı ilə müstəqil dövlət qurumu olan Dövlət Miqrasiya Xidməti yaradılıb.
Prezidentin 2010-cu il 17 mart tarixli 812 nömrəli Sərəncamı ilə isə hər il martın 19-u Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Tədbirdə Azərbaycan Kinemotoqrafçılar İttifaqının icra katibi Cəmil Quliyev, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini – icra katibi Şahin Babayev çıxış edərək müsabiqənin təşkilinə görə Dövlət Miqrasiya Xidmətinə təşəkkür ediblər, müsabiqə qaliblərinə xoş arzularını bildiriblər.
Sonra müsabiqə qalibləri təltif ediliblər.


Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/dmx-nin-yubileyi-munasibetile-teskil-edilen-musabiqenin-qalibleri-mukafatlandirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR