Qazaxda gənclər üçün treninq keçirilib

Qazaxda gənclər üçün treninq keçirilib
21:02 10 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Qazax filialında gənclər üçün treninq keçirilib.
İqtisadiyyat Nazirliyindən "Report"a bildirilib ki, “Biznes ideyanı yarat”, “Made in Azerbaijan” brendinin yaradılması və inkişafı” mövzularında keçirilən treninqdə gənclərə biznes ideyanın yaradılması, biznes planın tərtib edilməsi, prioritet biznes istiqamətləri, yeni biznes subyektlərinin yaradılması qaydaları, brendləşmənin məhsul ixracının artırılmasında rolu, “Made in Azerbaijan” brendi və s. barədə məlumat verilib. 
Bununla yanaşı, treninq iştirakçıları nazirlik tərəfindən göstərilən elektron xidmətlər və bu xidmətlərin "E-hökumət" portalına (www.e-gov.az) inteqrasiyası barədə məlumatlandırılıb.
Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/qazaxda-gencler-ucun-treninq-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR