Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib

Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib
21:22 10 Mart 2017
420 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz. 10 mart. REPORT.AZ/ Tovuz rayonunda 1 nəfərin ölümü, bir neçə nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Qovlar şəhərində baş verib.
İki avtomobilin toqquşması nəticəsində, sərnişinlərdən biri - 1993-cü il təvəllüdlü Samir adlı rayon sakini ağır xəsarət alıb və yaralı xəstəxanaya aparılarkən yolda keçinib. Qəza zamanı yaralananların da olduğu bildirilir.
Əraziyə polis əməkdaşları cəlb olunub. Baş vermiş qəza ilə bağlı araşdırmalar davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tovuzda-olumle-neticelenen-avtomobil-qezasi-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR