Macarıstanın hökumət üzvləri Azərbaycana səfər edəcək

Macarıstanın hökumət üzvləri Azərbaycana səfər edəcək
21:27 10 Mart 2017
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Macarıstanın hökumət üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Milli.Az bildirir ki, Trend-in Macarıstan səfirliyindən əldə etdiyi məlumata görə, mədəniyyət naziri Peter Hoppal, xarici işlər nazirinin müavini Jolt Çutora və digər hökumət üzvlərindən ibarət nümayəndə heyətinin səfəri 16-18 mart tarixlərində nəzərdə tutulub.

Səfər çərçivəsində nümayəndə heyəti Bakıda keçiriləcək Macarıstan günləri ilə bağlı tədbirlərdə iştirak edəcək.

Qeyd edək ki, Macarıstan günləri çərçivəsində keçiriləcək tədbirlərin təşkilatçısı bu ölkənin Azərbaycandakı səfirliyidir. Macarıstan günləri çərçivəsində müxtəlif təqdimatlar, konsertlər, sərgilər və digər tədbirlər keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/525037.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR