Qobustanda Dağlıq Şirvan bölgəsində fitosanitar vəziyyətin təhlili ilə bağlı regional müşavirə keçirilib

Qobustanda Dağlıq Şirvan bölgəsində fitosanitar vəziyyətin təhlili ilə bağlı regional müşavirə keçirilib
21:27 10 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ Bu gün Qobustan rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin və Xidmətin yerli qurumlarının, rayon bitki mühafizəsi mərkəzlərinin, bələdiyyələrin, icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin, fermerlərin iştirakı ilə “Dağlıq Şirvan bölgəsinin mədəni əkinlərində fitosanitar vəziyyətin təhlili və siçanabənzər gəmiricilər əleyhinə mübarizə tədbirlərinin həyata keçirilməsinin elmi-praktiki əsasları”na dair I regional müşavirə keçirilib.
Nəzarəti Xidmətinin Mətbuat Katibliyindən “Report”a verilən xəbərə görə, müşavirədə çıxış edən Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov bildirib ki, keçirilən müşavirə kənd təsərrüfatına zərər vuran zərərli orqanizmlərə, xüsusilə də siçanabənzər gəmiricilərə qarşı aparılan mübarizəyə öz töhfəsini verə bilərş Onun sözlərinə görə, kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərdən mühafizəsi və məhsuldarlığın yüksəldilməsi məqsədi ilə nazirlik tərəfindən həyata keçirilən mübarizə tədbirləri tədqirəlayiqdir.
Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev qeyd edib ki, dövlət başçısının səyi nəticəsində Azərbaycanda qeyri-neft sektorunun inkişafı prioritet vəzifələrdən biri kimi müəyyən edilib: “Son illərdə ölkə başçısının aqrar sahəyə göstərdiyi dövlət qayğısı nəticəsində kənd təsərrüfatı məhsulları istehsalının həcmində nəzərəçarpan artım müşahidə edilir. Bu da keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalına və ölkənin ixrac potensialının artırılmasına töhfəsini verir”.



Xəbərin orijinal ünvanı: https://report.az/ask/qobustanda-dagliq-sirvan-bolgesinde-fitosanitar-veziyyetin-tehlili-ile-bagli-regional-musavire-kecir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR