ABŞ Küveytə qoşun yerləşdirir? - Pentaqonun cavabı

ABŞ Küveytə qoşun yerləşdirir? - Pentaqonun cavabı
21:42 10 Mart 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Suriya və İraqda İŞİD terror qruplaşmasına qarşı mübarizə məqsədilə Küveytdə min hərbçinin ehtiyat qüvvə olaraq yerləşdirmək barədə qəbul etməyib. Milli.Az Trend-ə istinadən bildirir ki, belə bir açıqlama ilə Pentaqonun nümayəndəsi Kristofer Şervur çıxış edib.

Qeyd edək ki, bir müddət öncə bəzi KİV-lərdə Tramp Administrasiyasının Küveytə min hərbçinin göndərilməsi imkanını araşdırması barədə məlumat yayılmışdı.

Pentaqon nümayəndəsi məhz həmin informasiyalarla bağlı bildirib ki, belə bir qərar yoxdur: "Əlavə qoşun yerləşdirilməsi barədə heç bir qərar yoxdur. Hazırda biz İŞİD-in məhv edilməsi üzrə əməliyyatların sürətləndirilməsi üçün bir neçə variantını nəzərdən keçiririk".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/525038.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR