Putin: "Rusiyada türk iş adamlarına qarşı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılacaq"

Putin: "Rusiyada türk iş adamlarına qarşı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılacaq"
21:47 10 Mart 2017
414 Dünya
Ölkə mətbuatı
A- A+

"İki ölkə arasında yaranan böhrandan sonra tətbiq edilən məhdudiyyətlər tam aradan qaldırılacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Bu gün keçirilən görüşlərdə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya türk iş adamlarına qarşı iqtisadi planda tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı məsələni qaldırdı. Burdan qeyd etmək istəyirəm ki, bu gün əldə olunan razılaşmalardan sonra bu məsələnin aradan qaldırılması texniki məsələdir. Ən qısa zamanda bu məhdudiyyətlər tam aradan qaldırılacaq", deyə V.Putin qeyd edib.
 
Türkiyə Prezidenti Ərdoğan, öz növbəsində, deyib ki, məlum böhrana qədər iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 38 mlrd dollar idi: "Böhrandan sonra bu rəqəm 17 mlrd. dollara endi. İndi məqsəd bu rəqəmi artıraraq 100 mlrd dollara çatdırmaqdır. Təbii ki, Rusiya tərəfinin Türkiyəyə qarşı tətbiq etdiyi məhdudiyyətlərin tam aradan qaldırılmasını gözləyirik". Ərdoğan iki ölkə rəsmilərini bundan sonrakı çıxışlarında normallaşma prosesi kəlməsindən istifadə etməməyə çağırıb: "Münasibətlərimiz artıq normallaşıb və daha da inkişaf edəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/525039.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR