İki avtomobili toqquşub, ölən və yaralanan var

İki avtomobili toqquşub, ölən və yaralanan var
22:17 10 Mart 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Qovlar-Quşçu avtomobil yolunda qeydə alınıb.

"BMW" və "VAZ 2107" markalı avtomobillərin toqquşması nəticəsində Aşağı Quşçu kənd sakini, 1993-cü il təvəllüdlü Samir Sahib oğlu ölüb. Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Ceyhun Əbdülrəhmanov isə müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
 
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/525043.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR