İnəklə öküzə toy etdilər - 27 min dollara

İnəklə öküzə toy etdilər - 27 min dollara
22:27 10 Mart 2017
108 Maraqlı
Ölkə mətbuatı
A- A+

Hindistanın qərbində yerləşən Hudcarat ştatında öküzlə inəyin toy mərasimi keçirilib. Lenta.ru saytının xəbərinə görə, mərasimə 27 min dollar vəsait xərclənib. 300 nəfərin qatıldığı tədbir bütün dünyanın diqqət mərkəzində olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, heyvanların sahibləri təmtəraqlı tədbir keçirməklə sözügedən heyvanların Hindistan mədəniyyəti və insanları arasıında mühüm rolu olduğunu qabartmağa çalışıblar. Arcun ləqəbli "bəy" və Punam ləqəbli "gəlin"i isə mərasimə xüsusi avtmobillə gətiriblər. Sahibinin sözlərinə görə, inəyinə doğma qızı kimi yanaşır: "Mən 30 ildən artıqdır ki, inəklərlə yaşayıram. Ona görə də heyvanların gerçəkdən nəyə layiq olduğunu məndən yaxşı bilən yoxdur".

Tədbir hind ritualları ilə keçirilib. Daha öncə Amerikanın Uttar-Pradeş ştatında iki itin toy mərasimi keçirilib. 5 min qonağın dəvət olunduğu mərasimdə eyni zamanda dicey də çıxış edib, toydan sonra isə heyvanlar xüsusi bəzədilmiş maşında evlərinə aparılıblar. 

İnək Hindistanda müqəddəs heyvan hesab olunur. Hindistan ərazisinin böyük hissəsində onların öldürülməsi qadağan olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/524935.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR