Ramiz Novruzun iştirakı ilə “Boy çiçəyi və ya sən həmişə mənimləsən” tamaşasının nümayişi olub

Ramiz Novruzun iştirakı ilə “Boy çiçəyi və ya sən həmişə mənimləsən” tamaşasının nümayişi olub
22:57 10 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ Akademik Milli Dram Teatrında martın 10-da görkəmli aktyor, Xalq artisti Ramiz Novruzun iştirakı ilə “Boy çiçəyi və ya sən həmişə mənimləsən” səhnə əsərinin ilk tamaşası təqdim olunub.
"Report" xəbər verir ki, tamaşadan əvvəl Xalq artisti Hacı İsmayılov Azərbaycan peşəkar teatrının keçdiyi yola nəzər salıb:
"Azərbaycan teatrı hazırda öz inkişaf dövrünü yaşayır. Teatr zamanın tələbinə uyğun olaraq yenilənməlidir. O nəinki zamanla birgə irəliləməli, hətta zamandan bir addım öndə olmalıdır".
Xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi” pyesi əsasında hazırlanan tamaşanın rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq artisti Azərpaşa Nemətdir.
Tamaşada əsas rolları Xalq artisti Ramiz Novruz, əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Rada Nəsibova, Elnar Qarayev və Fəridə Əliyeva ifa edirlər.
Ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan məhəbbətindən bəhs olunan tamaşada cərəyan edən hadisələr bu günümüzlə səsləşir.
Səhnə əsərinin ilk nümayişi 2011-ci il noyabrın 2-də olub.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/ramiz-novruzun-istiraki-ile-boy-ciceyi-ve-ya-sen-hemise-menimlesen-tamasasinin-numayisi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR