Tovuzda ağır qəza -

Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Qovlar-Quşçu avtomobil yolunda qeydə alınıb.

"BMW" və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ"-ın sərnişini, Aşağı Quşçu kənd sakini, 1993-cü il təvəllüdlü Samir Sahib oğlu Nuriyev ölüb. "BMW" avtomobilinin sürücüsü, Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Ceyhun Əbdülrəhmanov isə müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. “VAZ 2107” markalı avtomobillin sürücüsü yüngül yaralanıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR