"6 ay gözləsəydim, fürsəti əldən buraxardım"

"6 ay gözləsəydim, fürsəti əldən buraxardım"
23:17 10 Mart 2017
101 İdman
Ölkə mətbuatı
A- A+

"Marseille"in yarımmüdafiəçisi Dimitri Payet ötən qış "West Ham United"dən nə üçün getmək qərarı qəbul etdiyini açıqlayıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı havbek "L`Equipe" nəşrinə bunları deyib:

"West Ham"in istifadə etdiyi müdafiə yönümlü sxem xoşuma gəlmirdi. Çox darıxırdım. "Marseille"in baş məşqçisi Rudi Qarsiya ilə danışdım, onun futbol fəlsəfəsini yaxşı bilirdim. Transfer barədə qərarı tez verdim. 6 ay gözləsəydim, fürsəti əldən buraxardım. "Hull City" ilə görüşdə biz 1:0 qalib gəldik. Rəqibin 4 zərbəsi qapı dirəyindən qayıtdı. Paltardəyişmə otağında hamı sevinirdi, oyunun ən yaxşısı isə məhz qapı dirəyi idi. Fransaya qayıtmaq qərarıma ailə faktoru da təsir göstərdi".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524979.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR