Yəməndə bazar bombalandı: 16 ölü,10 yaralı

Yəməndə bazar bombalandı: 16 ölü,10 yaralı
00:24 11 Mart 2017
90 Digər
Ölkə mətbuatı
A- A+

Yəməndə hava zərbələri nəticəsində azı 16 dinc sakin ölüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyasının endirdiyi hava zərbələri nəticəsində Hodeyda şəhərində 16 nəfər ölüb, daha 10 dinc sakin yaralanıb.

 

Hava zərbəsinin bazara endirildiyi və bir çox dükanın yandığı qeyd olunur.

 

Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar  arasında münaqişə davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269545

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR