Bakıda 120-lik yolda əks istiqamətdə hərəkət edən “kamikadze” –

Bu gün Bakının Heydər Əliyev prospektində ciddi qayda pozuntusu qeydə alınıb.

Metbuat.az-ın Baku.ws-ə istinadən məlumatına görə, hadisə Aviasiya Akademiyasının qarşısında baş verib.

Sürət həddi 120 km/saat olan yolda qəfildən avtomobillərin qarşısına əks istiqamətdə hərəkət edən ZİL markalı yük avtomobili çıxıb.

Soldan ikinci zolaqla hərəkət edən avtomobil magistralda ciddi təhlükə yaradıb.

Qeyd edək ki, ötən gün Bakı-Sumqayıt yolunda ZİL markalı yük avtomobilinin xarab olub qalmasına görə, dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Yük avtomobilinə çırpılan mikroavtobusda 5 nəfər dünyasını dəyişib, 20-yə yaxın sərnişin yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR