Yəməndə aviazərbələr nəticəsində azı 16 dinc sakin ölüb

Yəməndə aviazərbələr nəticəsində azı 16 dinc sakin ölüb
00:27 11 Mart 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 mart. REPORT.AZ/ Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin Yəmənə endirdiyi aviazərbələr nəticəsində ən azı 16 dinc sakin ölüb, daha 10 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət dairələrinə istinadən "Sinxua" məlumat yayıb.
"Ümumilikdə 16 nəfər ölüb və daha 10 nəfər yaralanıb. Onların hamısı mülki vətəndaşlardır", - deyə agentlik Hodeyda şəhər xəstəxanası nümayəndəsinin sözlərini sitat gətirib.
Təhlükəsizlik orqanlarının məlumatına görə, ölənlər yerli bazarın satıcıları və müştəriləridir. Aviazərbələr nəticəsində bir çox mağazalar yanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yemende-aviazerbeler-neticesinde-azi-16-dinc-sakin-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR