İngiltərədə yeraltı məbədlərə aparan dovşan yuvaları aşkar olunub

İngiltərədə yeraltı məbədlərə aparan dovşan yuvaları aşkar olunub
01:02 11 Mart 2017
134 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bakı. 11 mart. REPORT.AZ/ Böyük Britaniyada dovşan yuvalarının tədqiqi zamanı yeraltı təmpliyer məbədlərinə aparan yol aşkar edilib.
"Report" "Metro" nəşrinə istinadən xəbər verir ki, insan əli ilə yaradılmış qədim mağara Şropşir şəhəri yaxınlığındakı fermer sahəsində aşkar edilib.
Mağaraya giriş dovşan yuvası altında gizlədilib. Müqəddəs yerdə olmuş yerli sakinlər onun əla vəziyyətdə qaldığını bildirirlər.
"Metro"nun məlumatına görə, məbədin yaşı 700 ilə yaxındır, lakin mütəxəssislər onun nə zaman yaradılması ilə bağlı dəqiq tarix demirlər.
Jurnalistlərin fikrincə, müqəddəs yer, çox güman ki, templiyerlər ordeninin cəngavərlərinə və ya onların davamçılarına məxsusdur.











Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/i-ngilterede-yeralti-mebedlere-aparan-dovsan-yuvalari-askar-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR