Bazarı bombaladılar - 16 dinc sakin öldü

Bazarı bombaladılar - 16 dinc sakin öldü
01:13 11 Mart 2017
101 Dünya
Ölkə mətbuatı
A- A+

Yəməndə hava zərbələri nəticəsində azı 16 dinc sakin ölüb.

Publika.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərliyi altında ərəb koalisiyasının endirdiyi hava zərbələri nəticəsində Hodeyda şəhərində 16 nəfər ölüb, daha 10 dinc sakin yaralanıb.

Hava zərbəsinin bazara endirildiyi və bir çox dükanın yandığı qeyd olunur.

Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190899.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR