Astara sakini dəm qazından zəhərlənərək ölüb

Astarada 35 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Barzubənd kəndində qeydə alınıb.

Kənd sakini, 1982-ci il təvəllüdlü İlahə Həsanağa qızı Əmirova vanna otağında huşsuz halda aşkar edilib. Dərhal Astara rayon mərkəzi xəstəxanasına aparılsa da, qadın orada keçinib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR